Azərbaycanlı hüquqşünas Beynəlxalq Arbitraj Məhkəməsində yüksək vəzifəyə təyin edildi

 23:30 01.11.2022     249

Azərbaycanlı hüquqşünas Ruslan Mirzəyev Parisdə yerləşən və dünyanın əsas arbitraj məhkəməsi sayılan Beynəlxalq Arbitraj Məhkəməsinin direktorlar şurasının üzvü, eləcə də Təlim və Tədris Şöbəsinin rəhbəri təyin edilib.

Redaktor.az xəbər verir ki, Təlim və Tədris Şöbəsi bütün dünyada arbitraj, vasitəçilik və kommersiya hüququnun müxtəlif sahələrində arbitrlərin, vəkillərin, mediatorların, hakimlərin və dövlət məmurlarının təlim və təhsilinin təşkilinə cavabdehdir.

O, həmçinin Beynəlxalq Ticarət Palatasının Dünya Kommersiya Hüququ İnstitutuna da rəhbərlik edir.

Beynəlxalq Arbitraj Məhkəməsi 40 milyondan çox strukturu özündə birləşdirən Beynəlxalq Ticarət Palatasının nəzdində fəaliyyət göstərir. Beynəlxalq Arbitraj Məhkəməsinin əsas ofisi Parisdə, regional ofisləri Nyu-York, San-Paulu, Honq-Konq, Sinqapur və Əbu-Dabidə yerləşir.

Ruslan Mirzəyev bu vəzifəyə təyin olunmazdan əvvəl BMT, Dünya Bankı, Asiya İnkişaf Bankında mediator, Avropa Şurası və Avropa İttifaqının arbitraj və mediasiya üzrə eksperti işləyib (oxu.az).