“Bu il dünyada 70-dən çox jurnalist öldürülüb” - BMT-nin Baş katibi

 09:35 02.11.2022     330

“Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”.

Redaktor.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.

“Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - Baş katib vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən