Nazirlik əməkdaşlarının olduğu avtomobil partladıldı

Noyabrın 2-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə nazirlik əməkdaşlarını daşıyan avtomobil partladılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Hasht-e Subh” nəşri məlumat yayıb.
Şəhərin beşinci rayonunda “Taliban” hökumətinin Kənd Təsərrüfatının Yenidənqurulması və İnkişafı Nazirliyinin əməkdaşlarını daşıyan avtomobil hərəkətdə olan zaman partladılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qətərin "Əl-cəzirə" telekanalının məlumatına görə, partlayış nəticəsində ölən və yaralananlar var. Lakin onların sayı açıqlanmayıb.
“Taliban” hadisəyə münasibət bildirməyib.
Qeyd edək ki, son aylarda Əfqanıstanda həm "Taliban" tərəfdarları, həm də mülki vətəndaşlar qarşı bir sıra partlayışlar, silahlı hücumlar və atışmalar baş verib. Bir çox təxribat aktlarına görə məsuliyyəti “İŞİD” terror təşkilatının qolu olan "Xorasan İslam Dövləti" öz üzərinə götürüb.
Tunar Altun