İranda xalq üsyanını yatırtmaq üçün ölkəyə muzdlular gətirilib

 19:17 02.11.2022     355

İran hökuməti xalq üsyanını yatırtmaq üçün iraqlı və livanlı muzdluları ölkəyə gətirib.

Redaktor.az “İran İnternational”a istinadla xəbər verir ki, noyabrın 1-də Bağdad hava limanından xüsusi təyyarə ilə bir sıra “Həşd-Şəəbi” və  “Hizbullah” qüvvələri İranın Məşhəd şəhərinə aparılıb.

Ehtimal olunur ki, həmin qüvvələrin cəlb edilməsi İran İslam Respublikasındakı xalq qiyamını yatırmaq  məqsədilə həyata keçirilib.

Livan da daxil olmaqla İslam Respublikasının dəstəklədiyi ölkələrdən repressiv qüvvələrin İrana göndərilməsi ilə bağlı məlumatlar ötən illərdə olduğu kimi, bir neçə gün öncə də yayılmışdı. Məlumata görə, Bağdad hava limanından xüsusi forma və qara çantaları olan 25-30 yaşlı 150-yə yaxın şəxsi daşıyan xüsusi reys hava limanının VİP bölməsindən Məşhədə uçub.

Məlumatlı mənbələr bildiriblər ki, sözügedən şəxslər “Hizbullah" və "Həşdi-Şəəbi” qruplaşmalarına aiddir və çox güman ki, xalq etirazlarını yatırtmaq üçün Məşhədə göndəriliblər.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən