Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək - Putin

 20:25 02.11.2022     184

Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinə “taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Putin bu gün keçirdiyi müşavirədə bildirib.

“Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin deyib.

O, Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını vurğulayıb.