Putini pisləməyin - Ərdoğan

 23:59 02.11.2022     174

“Praqada kiminlə görüşdümsə, Putinin əleyhinə danışırdı. Mən də dedim ki, yanlış edirsiniz. Rusiya kimi bir dövlətin başçısına hər yerdə belə mənfi yanaşsanız, o da bir lider olaraq öz duruşunu özünü əzdirmədən göstərəcək”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.

“Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil”, - Türkiyə lideri vurğulayıb.