Dünyanın ən uzun qatarı bu ölkədə yaradıldı

 09:30 03.11.2022     262

İsveçrənin dəmir yolu şirkəti 1905 metr uzunluğunda 100 vaqondan ibarət qatar yaradaraq Ginnesin Rekordlar kitabına düşüb.

Redaktor.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə “United Press International” agentliyi məlumat yayıb.

Bildirilib ki, qatar təxminən bir saata 25 km yol qət edib.

Səyahətdə iştirak edən Ginnesin Rekordlar Kitabının nümayəndəsi qatarın rəsmi olaraq dünyanın ən uzun dar raylı sərnişin qatarı rekordunu qırdığını təsdiqləyib.