Ermənistan Təbrizdə konsulluğu QƏTİLƏŞDİRDİ

 16:54 03.11.2022     201

Ermənistan 2023-cü ildə bir neçə ölkədə səfirlik və diplomatik nümayəndəliklər açmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, İranın Təbriz və Rusiyanın Vladiqafqaz şəhərlərində isə konsulluq açmağı planlaşdırır”, - Ararat Mirzoyan parlamentin 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə daimi komissiyalarının iclasında deyib.

Onun sözlərinə görə, səfirliyin açılması ilə bağlı razılıq Uruqvay xarici işlər naziri Fransisko Bustixonun Ermənistana səfəri zamanı əldə olunub. Nazir hesab edir ki, bu, Latın Amerikası ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək.

Təbrizdə konsulluğun açılmasına gəlincə, bu, İranın Qafandakı konsulluğunun işinə erməni tərəfinin cavabıdır.

"Kiprdə və Belqradda (Serbiya) diplomatik nümayəndəliklər açılacaq. Biz həmçinin Rusiyada - Vladiqafqaz şəhərində konsulluq açmağı planlaşdırırıq", - Mirzoyan bildirib.

O qeyd edib ki, Vladiqafqazda konsulluğun açılması heç də Verxniy Lars keçid məntəqəsindəki problemlərlə bağlı deyil.