Maskdan "mavi tık" üçün 8 dollara etiraz edənlərə CAVAB

 17:53 03.11.2022     262

"Twitter"in hazırkı sahibi İlon Maskın “mavi tık” üçün aylıq 8$ ödəniş təyinatı narazılıqla qarşılanıb.

Redaktor.az xəbər verir ki, Mask sosial şəbəkə istifadəçilərinin narazılığına özünəməxsus cavab verib.

O paylaşdığı fotoda bildirib ki, 8$ cəmi bir fincan kofenin qiymətidir.

"Bir fincan kofe 30 dəqiqəyə bitir, “mavi tık” isə 30 gün davam edir", - Mask qeyd edib.