Yunanıstan Prezidenti Kiyevə səfər etdi 

 18:13 03.11.2022     123

Yunanıstan Prezidenti Katerina Sakellaropulu Ukraynaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Yunanıstanın Ukraynadakı səfirliyi məlumat yayıb.

Prezidenti ölkənin müdafiə naziri Nikos Panagiotopulos müşayiət edib.

Rəsmilər kütləvi qırğınların törədildiyi Borodianka, Buça və İrpinə gedib. Yunanıstan Prezidentinin Zelenski ilə təkbətək və daha sonra geniş tərkibli görüşü keçiriləcək. Müdafiə naziri isə ukraynalı həmkarı Reznikovla görüşəcək.