Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb

 18:53 03.11.2022     139

Almaniya hökuməti öz vətəndaşlarını əsassız həbs və uzunmüddətli istintaq riskinə məruz qalmamaq üçün İranı tərk etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, məlumatı “dw” yayıb.

Bildirilib ki, Almaniya Aİ-nin İrana qarşı sanksiyalarını dəstəkləyir. Rəsmi Berlin İslam Respublikasının buna cavab olaraq Almaniya vətəndaşlarına təzyiq gösərə biləcəyindən ehtiyatlanır. 

Qeyd edək ki, 1979-ci il inqilabından sonra İran hakimiyyəti nümayişçilərə qarşı ən ağır repressiya həyata keçirir. Noyabrın 3-də Almaniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı belə bir bəyanat yayıb: “Almaniya vətəndaşlarından İranı tərk etmələri xahiş olunur. Onlar özbaşına həbs olunmaq və uzun müddətə azadlıqdan məhrum edilmək riski ilə üzləşirlər. İlk növbədə, həm İran, həm də Almaniya ikili vətəndaşlığı olan şəxslərin həyatı daha çox risk altındadır”.