Fulya Öztürkün çəkiliş zamanı halı pisləşdi
Türkiyənin yerli avtomobil markası "Togg"un sınaq sürüşündə maraqlı hadisə baş verib.
Redaktor.az "CNN-Türk"ə istinadən xəbər verir ki, kanalın müxbiri Fulya Öztürk Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla "Togg"un test sürüşünə qatılıb və maşının 4,7 saniyəyə saatda 100 kilometri sürəti yığması müxbirə çətin anlar yaşadıb.
Avtomobilin xüsusiyyətlərini açıqlayan nazir Varankın maşını birdən sürətləndirməsi Fulya Öztürkü qorxudub və onun halı pisləşib.
Tunar Altunbay












