İranın keçmiş səfirlərindən xəbərdarlıq BƏYANATI

 20:44 03.11.2022     318

İran Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşları, sözügedən ölkənin tanınmış diplomatları bu gün bəyanat yayaraq, höküməti Ukraynadakı müharibə ilə bağlı siyasətini tənqid edərək, bunu ölkənin maraqlarına zidd olduğunu bildirib və həmçinin nüvə danışıqlarının nəticəsiz qalması ilə bağlı xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bəyanatda kamikadze dronlarının Ukrayna savaşında istifadə üçün Rusiyaya ixrac edilməsi tənqid olunub və bildirilib ki, İran hökuməti üzdə neytrallığı pozmasa da, gizli formada Rusiyaya silah yardımı ölkənin xaricdə imicinə zərər verir.

Qeyd edək ki, İran Ukrayna savaşında istifadə üçün Rusiyanın bu ölkəyə məxsus PUA-lardan istifadə etməsi barədə məlumatları dəfələrlə rədd edib.

Bununla belə, Ukrayna hökuməti və Qərb rəsmiləri Rusiyanın infrastruktura və mülki obyektlərə hücumlarında İran dronlarindan istifadə etdiyini göstərən çoxlu sənədlərin olduğunu bildirirlər.

Tunar Altunbay