İmran Xana sui-qəsd nəticəsində bir nəfər öldü - VİDEO

 21:48 03.11.2022     187

Pakistanın keçmiş baş naziri İmran Xana qarşı Qucranvala rayonunda sui-qəsd nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

İmran Xan sağ ayağından aldığı yara ilə Lahordakı xəstəxanaya aparılıb.

Həkimlər siyasətçinin həyatına təhlükə olmadığı qənaətindədirlər.

Sui-qəsdə cəhd edən şəxs saxlanılıb, onun kimliyi açıqlanmır.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.