Türkiyə İsveç və Finlandiyanın şərtləri yerinə yetirdiyinə inanmır

 22:12 03.11.2022     278

Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əvvəllər əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmır.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil. Biz bunun yerinə yetirilməsini gözləyirik. Finlandiya ilə NATO-ya qəbulla bağlı heç bir xüsusi məsələ yoxdur, lakin İsveç Madrid Memorandumundan irəli gələn bütün öhdəliklərini yerinə yetirməlidir",- o əlavə edib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən