Lukaşenkoya "keçi" deyən xəstə qadın həbs edildi

 22:32 03.11.2022     328

Belarusda məhkəmə vərəmdən əziyyət çəkən qadını azadlıqdan məhrum edib. O, hüquq-mühafizə orqanlarına deyib ki, “Lukaşenka keçidir, heç nə etməyən polislərinə maaş verir”.

Redaktor.az "unian.net"ə istinadla xəbər verir ki, hadisə zamanı qadın sərxoş olub.

"Molodeçno rayon məhkəməsinin hakimi Vadim Petruseviç Lyudmila Samakı Cinayət Məcəlləsinin 368-ci (prezidenti təhqir etmə) maddəsi ilə təqsirli bilib və onu bir il müddətinə həbsxanaya göndərib", - Viasna hüquq müdafiə təşkilatının hesabatında deyilir.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən