Ərdoğan amerikalı həmkarı ilə görüşəcək

 23:21 03.11.2022     333

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Məlumata görə, görüş noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Ərdoğanla Baydenin sonuncu görüşü bu il iyunun 29-da NATO-nun Madrid sammiti çərçivəsində baş tutub.

T.İSMAYIL