Türkiyədə zəlzələ - dağıntılar və xəsarət alanlar var

Türkiyənin İzmir şəhərində zəlzələ olub.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.
“Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb”, - nazir qeyd edib. Onun sözlərinə görə, zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib.
“Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - Soylu bildirib.
Həmidə İbrahimova