Ukraynada döyüşən rusiyalılara 195 min veriləcək - Putindən FƏRMAN
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənlərə birdəfəlik ödəniş haqqında fərman imzalayıb.
Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, sənədə əsasən, hərbi xidmət üçün müqavilə bağlamış hərbi qulluqçular, o cümlədən səfərbərliklə döyüşlərə cəlb olunanlara 195 min rubl (5400 manat) ödəniləcək.
Hökumətə ödənişlərin həyata keçirilməsi qaydasını müəyyən etmək və bu məqsədlər üçün xərclərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Bu fərman 2022-ci il sentyabrın 21-dən yaranmış hüquq münasibətlərinə şamil edilir.












