Ukrayna ordusundan yeni REKORD: Bir gündə 840 işğalçı MƏHV EDİLDİ

 10:54 04.11.2022     554

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 74840 (+ 840) nəfər canlı qüvvəsi, 2750 (+16) tank, 5580 (+28) zirehli döyüş maşını, 1772 (+17) artilleriya sistemi, 391 (+1) reaktiv yaylım atəşi sistemi, 201 (+3) hava hücumundan müdafiə sistemi, 277 (+0) təyyarə, 258 (+0) helikopter, 1450 (+8) PUA, 3 397 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4174 (+12) avtomobil texnikası və avtosistern, 155 (+1) xüsusi texnikası məhv edilib.

İşğalçılar ən böyük itkiləri Avdıivka və Baxmut istiqamətlərində veriblər.

Turan İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən