İsrail Qəzzaya havadan zərbələr endirdi

 13:47 04.11.2022     561

İsrail Qəzzaya hava zərbələri endirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsində HƏMAS üçün raket hazırlığı və istehsalı obyekti kimi xidmət edən yeraltı hərbi obyektə hava zərbəsi endirib.

“Hazırda İsrailin Müdafiə Qüvvələri Qəzza zolağına hücum edir”, - deyə İsrail ordusunun mətbuat xidməti Twitter-də bildirib.

Zərbə Qəzzadan gələn və İsrail ərazisini hədəf alan raket hücumlarına cavab olaraq endirilib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən