G7 ölkələri İranı məsuliyyətə cəlb etmək istəyir

 18:33 04.11.2022     306

“G7 ölkələri 2020-ci ilin yanvar ayında "Boeing" təyyarəsinin vurulmasına görə İranı məsuliyyətə cəlb etmək istəyir”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin yaydıqları birgə bəyanatda qeyd olunub.

Sənəddə İranın nüvə silahı əldə etməsinin qarşısının alınacağı bildirilib.

Bundan başqa, bəyanatda İrandakı aksiyalarda həbs olunanların azadlığa buraxılması tələb edilib.

Nazirlər İranın ikili vətəndaşlığı olan və xarici ölkə vətəndaşlarını ölkəsində saxlamasını pisləyib.

Bəyanatda Rusiya və digər ölkələrə qarşı da iqtisadi sanksiyaların tətbiqinin davam etdiriləcəyi vurğulanıb.

Həmidə İbrahimova