Van Qoqun rəsm əsərinə şorba tökdülər
İtaliyanın paytaxtı Roma şəhərində nümayiş etdirilən Vinsent Van Qoqun rəsm əsərinin üzərinə şorba atılıb.
Redaktor.az xəbər verir ki, vandalizm aktını törədən dörd qadın qlobal istiləşmə ilə bağlı şüarlar səsləndiriblər və özlərini qalereyanın divarına yapışdırıblar.
İtaliyanın mədəniyyət naziri Gennaro Sanqiuliano tabloya hücumu pisləyib.
"Bizim kimliyimizin əsas hissəsi olan mədəniyyət müdafiə edilməli qorunmalı, etiraz formaları üçün meqafon kimi istifadə edilməməlidir", - o bildirib.












