İranda molla rejiminin öldürdüyü etirazçıların sayı AÇIQLANDI
İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, molla rejimi 17 sentyabrdan 4 noyabr axşam saatlarına kimi ölkədə davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 300 nəfəri öldürüb.
Redaktor.az "Mouze" "Telegram" kanalına istinadla xəbər verir ki, bununla yanaşı 14 167 nəfərin saxlanılıb.
Bunlardan 385 nəfərinin tələbədir.
Həbs edilənlərin 1753-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirilib, yerdə qalanlar 12 minədək eitrazçıdan isə məlumat yoxdur.
Həmçinin bu müddət ərzində 132 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 134 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.
Tunar Altunbay












