İran Rusiyaya göndərdiyi PUA-ların əvəzinə nüvə məsələsində dəstək istəyir - ABŞ kəşfiyyatı

 22:48 04.11.2022     170

İranın nüvə yanacağı istehsalı üçün materialların əldə edilməsində və Tehranın nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinin məlumatlarına istinadən xəbər verib.

Kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir:

“Yanacaq potensial olaraq İranın nüvə silahı əldə etmə müddətini daha da qısalda bilər”.

Qeyd olunub ki, eyni zamanda Moskvanın Tehranın tələblərinə razı olub-olmaması qaranlıq olaraq qalır.

CNN bildirib ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir (TASS).

Tunar Altunbay