ABŞ müdafiə nazirinin müavini Çini hədələdi

 09:26 05.11.2022     137

“Amerika Birləşmiş Ştatları ordusunun dünyada ən döyüşə hazır ordu olduğuna heç kim şübhə etməməlidir”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kal deyib.

Onun fikrincə, Çin də bu bəyanatı şübhə altına almır:

“Mən Çinin buna şübhə etdiyini düşünmürəm, inanıram ki, Çin bizim imkanlarımızdan xəbərdardır”.

Daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, departament Çinin Rusiya Federasiyasına silah tədarük etdiyinə dair heç bir sübut aşkarlamayıb.