Rusiya Xerson əhalisini təxliyə edir

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın cənubunda Rusiya tərəfindən işğal olunmuş Xersonun bir hissəsindən mülki əhalinin təxliyəsini açıq şəkildə təsdiqləyib.
Redaktor.az BBC-ə istinadla xəbər verir ki, Ukrayna qüvvələri strateji liman şəhəri istiqamətində durmadan irəliləyir.
Qeyd olunur ki, ən azı 70000 adam artıq Xersondan köçürülüb. Kiyev Rusiyanı Ukrayna vətəndaşlarını zorla deportasiya etməkdə ittiham edir. Moskva tərəfi isə bunu inkar edir.
Həmidə İbrahimova