NATO-nun baş katibi ukraynalı olacaq?

 12:18 05.11.2022     116

“ABŞ Xrist Frilandı NATO-nun gələcək baş katibi kimi görür”.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.

X.Friland hazırda Kanada baş nazirinin müavinidir.

Xanım Friland 2019-cu ildən bəri bu vəzifəni tutur. Məlumata görə, onun valideynlərindən biri ukraynalıdır. Xəbərdə bildirilir ki, ABŞ Ukrayna əsilli kanadalı siyasətçini NATO-nun baş katibi kimi görür.

Qeyd edək ki, hazırda hərbi alyansın baş katibi Yens Stoltenberqdir və onun səlahiyyət müddəti 2023-cü ilin payızında bitir (modern.az).