İsveç Suriyadakı kürd silahlılarına dəstəkdən imtina etdi

"İsveçin yeni hökuməti artıq Suriyadakı kürd silahlılarına - Xalq Müdafiə Birliklərinə (YPG) və Demokratik Birlik Partiyasına (PYD) qeyd-şərtsiz dəstəyin tərəfdarı deyil".
Redaktor.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström bu gün Dövlət Radiosuna müsahibəsində deyib.
Baş nazir Ulf Kristerssonun noyabrın 8-də Ankaraya səfərində krallığın NATO-ya daxil olması üçün ərizənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ratifikasiyası məsələsinə toxunan T. Billströmilə bildirib ki, sözügedən təşkilatlarla Aİ-nin terror təşkilatları siyahısında olan Kürdüstan Fəhlə Partiyası arasında sıx əlaqələr var.
"Bizim üçün birmənalı olmayan təmasların olmaması, İsveçin bu təşkilatlarla əlaqədə məsafə saxlaması vacibdir Türkiyə ilə yaxşı əlaqələrə ehtiyacımız var.", - nazir deyib.
Qeyd edəkj ki, YPG NATO və ABŞ-ın Suriyadakı müttəfiqidir və İsveç də daha əvvəl Türkiyənin terrorçu hesab etdiyi YPG və PYD-yə dəstək verib.
Tunar Altunbay