Şimali Koreya dörd ballistik raket atdı
Şimali Koreya Sarı dənizə doğru dörd qısa mənzilli ballistik raket atıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, atılan raketlər 20 kilometrə qədər yüksəklikdə, təxminən 130 kilometr uçub.
Şimali Koreya ABŞ və Cənubi Koreyanın iştirakı ilə keçirilən “Vigilant Storm” hərbi təlimləri fonunda raket buraxılışlarını artırıb. Təlimlərin ilkin olaraq noyabrın 4-də başa çatacağı gözlənilirdi, lakin noyabrın 5-nə qədər uzadılıb.
Həmidə İbrahimova












