Hindular amerikalı və avropalı turistlərin olduğu gəmini ələ keçirdi

 17:12 05.11.2022     413

Peru hinduları turistlərin olduğu gəmini ələ keçiriblər. Bildirilir ki, onlar bunu səlahiyyətlilərin diqqətini neft sızıntısına çəkmək üçün ediblər.

Redaktor.az xəbər verir ki, ümumilikdə gəmidə ABŞ və Avropa vətəndaşları da daxil olmaqla 150-yə yaxın insan olub.

Hadisə Loreto əyalətinin Urarinas bölgəsində baş verib. Yerli əhali bu yolla hökumətin fəaliyyətsizliyinə etiraz edib.

Qeyd olunur ki, saxlanılan turistlər bir gün davam edən danışıqlardan sonra buraxılıblar.

Yerli mətbuatın məlumatına görə, hadisə zamanı heç kim xəsarət almayıb.

 

Bizimlə əlaqə saxlayın

Vumart və Güvən reklamı Vumart Güvən