Bu ölkədə helikopter qəzası - Ölənlər var

 22:00 05.11.2022     237

İtaliyanın cənubunda yerləşən Focca şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Redaktor.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub.

Ölənlərdən 5-i Sloveniyadan olan turistlərdir, digər iki nəfər pilot və yerli həkimdir.

Qeyd olunub ki, helikopter Tremiti adalarından havaya qalxıb. Turistlər ora hadisədən bir gün əvvəl gəliblər və əlverişsiz hava şəraiti səbəbindən həmin gün geri qayıda bilməyiblər. 

Hadisə zamanı Tremiti bölgəsində tufan qopduğu bildirilib.