Pakistan höküməti İmran Xana efir qadağası qoydu

 22:38 05.11.2022     143

Pakistanın keçmiş baş naziri İmran Xanın çıxışlarının televiziyalarda yayımlanması qadağan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Elektron Media Tənzimləmə Təşkilatı məlumat yayıb.

Qadağanın tətbiq edilməsinə səbəb kimi dövlət qurumlarına əsassız iddialarla böhtan atılması göstərilir. İmran Xanın açıqlamalarının ictimai asayişi poza biləcəyi və ictimaiyyət arasında nifrət yarada biləcəyinə diqqət çəkilib.

Təşkilat qərara əməl etməyən televiziya kanallarının lisenziyalarının ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Pakistanın sabiq baş naziri İmran Xan bir neçə gün öncə Qucranvala şəhərində siyasi yürüş zamanı silahlı hücuma məruz qalıb. Nəticədə keçmiş baş nazir açılan atəş nəticəsində ayağından yaralanıb.

İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.