“Günə azı 10 ədəd İran dronu vururuq” - Zelenski

 22:50 05.11.2022     245

“Biz hər gün azı 10 ədəd İran PUA-sı vururuq. İran rejimi iddia edir ki, onları tam miqyaslı işğal başlamazdan əvvəl və bir az verib. Yalnız ötən gün ərzində 11 “Şahid” məhv edilib”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatları necə istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, - dövlət başçısı vurğulayıb.

Zelenski həmçinin dəniz pilotsuz uçan aparatları üçün vəsait toplama platformasının yaradıldığını anons edib.