Fransız əsgərlər Rumıniyada aclıq çəkir

 23:02 05.11.2022     133

Fransanın NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək missiyası çərçivəsində Rumıniyada olan hərbçiləri ərzaq qıtlığı ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, Rumıniyadakı fransız hərbçiləri zəif qidalanır və çadırlarda soyuqdan donurlar. Həmçinin, Fransa Silahlı Qüvvələrinin döyüşçüləri antisanitariya səbəbindən ortaya çıxan yataq böcəklərindən beziblər.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Fransa ordusunu Avropanın ən yaxşı ordusuna çevirəcəyini bildirmişdi.