"Növbəti həftələr çox vacib olacaq" - Zelenskidən AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti həftələrin vacib olacağını deyib: Ukrayna daha çox tank, “zireh” və artilleriya əldə etmək üzərində işləyir.
Redaktor.az xəbər verir ki, Zelenski axşam videomüraciətində bildirib ki, son sutka ərzində cəbhə xəttində vəziyyət ciddi dəyişməyib - işğalçıların ən böyük qüvvəsi hələ də Donetsk vilayətində cəmləşib.
Eyni zamanda o, əlavə edib ki, cəbhənin digər sektorlarında da davamlı döyüşlər davam edir - bu, toqquşmalar xəttinin min kilometrindən artıqdır.
"Müdafiə qüvvələrinin tərkibində Luqansk vilayətində dövlətimizi müdafiə edən Milli Qvardiyaçıları xüsusi qeyd etmək istəyirəm. Xüsusilə, Quru Qoşunlarının bölmələri ilə birlikdə Milli Qvardiyanın 27-ci Peçersk briqadasının döyüşçüləri. Düşmən texnikasını və işğalçıların özlərini çox effektiv şəkildə “mənfi” etdi.
O vurğulayıb ki, Ukrayna hər şeyi edir ki, hərbçilərin “düşməni qovmaq” üçün daha da çox imkanları olsun.
"Və bu nöqteyi-nəzərdən növbəti həftələr çox vacib olacaq - biz Ukrayna üçün daha çox tank, daha çox "zireh", daha çox artilleriya əldə etmək üçün tərəfdaşlarla çox sıx işləyirik", - prezident əlavə edib.
Zelenski Rusiyanın davamlı atəşinə və təxribatlarına baxmayaraq, Sumi, Çerniqov və Xarkov vilayətlərində sərhədləri möhkəmləndirməyə davam edən Ukrayna sərhədçilərini də qeyd edib.
"Ölkəmizin bəzi sərhədyanı rayonlarında, demək olar ki, hər gün terrorçuların minaatan atəşi, raket zərbələri təhlükəsi var. Dözümünüzə və iradənizə görə sizə təşəkkür edirik", - o vurğulayıb.
T.İSMAYIL












