Türkiyədə mədəndə PARTLAYIŞ - FOTO

 09:49 06.11.2022     318

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Bu barədə Redaktor.az “Haber Global”a istinadən xəbər verir.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.

Tunar Altunbay 

 

 

22
Vumart və Güvən reklamı Vumart Güvən