Miqrantlar Britaniyada iğtişaş törətdi

Miqrantlar Böyük Britaniyada genişmiqyaslı iğtişaşlara imza atıblar.
Redaktor.az xəbər verir ki, Hitrou yaxınlığındakı Harmondsvort kəndində yerləşən müvəqqəti saxlama məntəqəsində miqrantlar iğtişaş törədiblər.
Hadisəyə səbəb bir gün əvvəl, noyabrın 4-də mərkəzdə yaranan problemlər olub. Məlumata görə, düşərgədə elektrik enerjisi və su təchizatı kəsilib. Problemi gün ərzində aradan qaldırmaq mümkün olmayıb.
Bunu əsas gətirən bıçaqla silahlanmış 100-ə yaxın miqrant mərkəzin heyətinə hücum edib. Əməkdaşlar hadisə yerinə polis çağırıblar.