Kafeyə qumbara ATDILAR
Rusiyada kafeyə qumbara atılıb.
Redaktor.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, hadisə noyabrın 6-da gecə saatlarında Zabaykal diyarının Şilka yaşayış məntəqəsində baş verib.
Kafeyə buraxılmayan 35 yaşlı kişi əsəbiləşib və kafeyə qumbara atıb. Nəticədə 4 nəfər yaralanıb, onlardan birinin durumu orta ağırdır.
Qeyd olunur ki, kişinin hansı səbəbdən kafeyə buraxılmayıb məlum deyil.
Tunar Altunbay












