“İran Rusiyaya kamikadze dronları verib” - Dövlət Departamenti

 22:17 06.11.2022     286

“İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya təhvil verib”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

“Onlar (İran - red.) təkcə bu yay Rusiyaya onlarla dron göndəriblər. Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya dronlardan Ukrayna vətəndaşlarına qarşı istifadə etməkdə kömək edən İranın hərbi mütəxəssisləri var” - deyə, o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyanı dronlarla təchiz etdiyini etiraf edib, ancaq israr edib ki, transfer Moskvanın Ukraynaya qarşı müharibəsindən öncə baş tutub.