Buxarest hotelində fransız hərbçinin cəsədi tapıldı

 02:29 07.11.2022     243

Bazar günü Buxarestin şimalındakı bir hotel otağında ölü fransız hərbçi tapılıb.

Redaktor.az xəbər verir ki, boğazına qayçı sancılan 41 yaşlı fransızı hotelin xadiməsi aşkar edib.

Hərbçi NATO-nun Rumıniyadakı döyüş qrupunun əsas hissəsinin yerləşdiyi Cincuda (Brasov dairəsi) yerləşən fransız batalyonunun təmsilçisi olub.

İş üzrə istintaq Buxarest hərbi tribunalı prokurorunun nəzarəti altında şəhər polisi tərəfindən aparılır.

İstintaqa yaxın mənbələrin məlumatına görə, hazırda intihar versiyası araşdırılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən