Ukraynada son sutkada 530 işğalçı MƏHV EDİLDİ - FOTO
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 76460 (+ 530) nəfər canlı qüvvəsi, 2771 (+6) tank, 5630 (+19) zirehli döyüş maşını, 1782 (+1) artilleriya sistemi, 391 (+0) reaktiv yaylım atəşi sistemi, 202 (+1) hava hücumundan müdafiə sistemi, 277 (+0) təyyarə, 260 (+0) helikopter, 1472 (+7) PUA, 3 399 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4199 (+8) avtomobil texnikası və avtosistern, 157 (+2) xüsusi texnikası məhv edilib.
İşğalçılar ən böyük itkiləri Avdıivka və Baxmut istiqamətlərində veriblər.
İLTİFAT













