İşğalçılar və Rusiyanın əlaltıları Xersonu təcili tərk edir

 20:26 07.11.2022     459

“Xersonda son gəmi Dnepr çayının sağ  sahilindən ayrıldı. Mütəşəkkil evakuasiya çərçivəsində Xerson şəhərindən son gəmi vilayətin sol sahilinə çıxdı”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki. bu barədə Ukraynanın işğal olunmuş Xerson şəhərinin “vitse-qubernatoru” Kirill Stremousov öz “Telegram” kanalında məlumat verib.

“Noyabrın 7-də insanları sol sahilə apara biləcək sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən yola çıxdı”, - deyə  Stremousov qeyd edib.

O əlavə edib ki, bundan sonra şəhərdən çıxmaq istəyənlər özləri sərbəst şəkildə təxliyə oluna bilərlər.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən