Qadın komissarlığa "Molotof kokteylİ" atdı

 22:15 07.11.2022     332

Anqarskda yaşlı yerli sakin hərbi komissarlığın binasını yandırmağa cəhd edib.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, hadisə 2022-ci il noyabrın 7-də axşam saatlarında baş verib.

Məlumata görə, 60-70 yaşlarında olan qadın 17-ci Mikrorayon küçəsində yerləşən binaya yaxınlaşaraq 3 ədəd “Molotov kokteyli” atıb. lakin onların heç biri alovlanmayıb.

Yanğın törətmək cəhdində şübhəli bilinən şəxs artıq həbs edilib. Qadının kimliyi və hərəkətlərinin motivləri hələlik açıqlanmayıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən