Taxıl sazişinin müddəti uzadılacaq - Çavuşoğlu

 13:28 08.11.2022     109

"Ukrayna taxılının dünyaya çatdırılması üçün imzalanan İstanbul sazişinin müddəti 4 aydır. Tərəflər etiraz etməsə, müddət uzadılacaq".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Yeni razılığa ehtiyac olmadığını diqqətə çatdıran nazir qeyd edib ki, Rusiya gübrəsinin ixracı razılığın bir hissəsidir.

O bildirib ki, rusların bu tələblərinin yerinə yetirilməməsi ilə bağlı narahatlıqları var. İndi bu narahatlıqları aradan qaldırmaq üçün diplomatiya fəaliyyət göstərir.

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quttereşlə müzakirə aparıb. Mən də BMT Baş katibi Antoni uQuttereş, ABŞ-ın dövlət katibi Entoni Blinken, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Rusiya XİN başçısı Sergey Lavrovla telefonla danışmışam. Həmçinin NATO Baş katibi Yens Stoltenberqlə də müzakirələr aparmışam", - Türkiyə XİN başçısı əlavə edib.