Zelenski G20 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammitində iştirak edəcək.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Serqey Nikiforov məlumat yayıb.
“Vladimir Zelenski İndoneziyanın Bali adasında keçiriləcək sammitdə hər hansı formatda iştirak edəcək” – Nikiforov qeyd edib.
O, bildirib ki, Zelenski tədbirə onlayn formatda qatıla bilər.
Nərmin VÜQARQIZI