BMT Ukrayna üzrə xüsusi sessiyasını bərpa edəcək

 23:28 08.11.2022     288

BMT Baş Assambleyası noyabrın 14-də Ukrayna üzrə xüsusi sessiyasını davam etdirəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 77-ci sessiyası sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak bildirib.

Sessiyada Kiyevə təzminat barədə qətnamə layihəsi təqdim olunacaq.

"11-ci növbədənkənar sessiya qətnamə layihəsi ilə bağlı qərarın qəbul ediləcəyi plenar iclasdan ibarətdir. Səsvermədən əvvəl və sonra izahat xarakterli çıxışlar olacaq", - Kubiyak bildirib.

Qeyd edək ki, xüsusi sessiyanın bərpası ilə bağlı Kanada, Qvatemala, Niderland və Ukraynanın daimi nümayəndələri noyabrın 7-də Baş Assambleyaya məktub göndərib.