İsveç parlamentində Türkiyə ilə dostluq qrupu yaradılacaq

 23:45 08.11.2022     175

İsveç hökuməti parlamentdə dostluq qrupu yaratmaqla Türkiyə ilə əlaqələri gücləndirmək istəyir.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı İsveçin baş naziri Ulf Kristersson Ankaraya səfəri zamanı bildirib.

“Bildirmək istərdim ki, İsveç parlamenti Türkiyə ilə dostluq qrupunun yaradılması üzərində işə başlayıb”, –  deyə Nazirlər Kabinetinin rəhbəri məlumat verib.

Kristersson həmçinin vurğulayıb ki, İsveç terror təşkilatları ilə heç bir dialoq aparmayacaq.