Amerikalı aktyor Oskar mükafatını Zelenskiyə verdi

Amerikalı aktyor Sean Penn paytaxt Kiyevə səfəri zamanı Oskar mükafatını Ukrayna Prezidenti Volodimir Zelenskiyə verib.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, Zelenskinin Telegram kanalında yayımlanan videosunda da prezidentin Penni Ukraynanın “Şərəf” ordeni ilə təltif etməsi əks olunub.
Filmləri qədər siyasi fəallığı ilə də tanınan Penn mart ayında münaqişə ilə bağlı sənədli film çəkdirərkən Ukraynadan qaçıb.
Daha sonra o, Rusiyaya qarşı döyüşmək üçün Ukrayna qüvvələrinə qoşulmağı düşündüyünü bildirib.
Qeyd edək ki, Kreml rəsmiləri daha əvvəl Penn və həmkarı Ben Stillerin Rusiyaya girişini qadağan edib.
Həmidə İbrahimova