Nensi Pelosi yenidən Nümayəndələr Palatasına seçilib?

 12:40 09.11.2022     438

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi aralıq seçkilərdə qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, o, Kaliforniya ştatında keçirilən səsvermədə 82 % səslə Respublikaçılar Partiyasından olan rəqibi Con Dennisi qabaqlayır.

Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansa, spiker bu partiyanın nümayəndələri arasından seçiləcək.

Xatırladaq ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeridir.